https://news.day.az/azerinews/1872316.html Tovuzda bəyan edilməyən tibbi mallar aşkarlandı Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Tovuzda bəyan edilməyən tibbi mallar aşkarlandı

Azərbaycanca, 5 ноября 2026 17:03 (UTC +04:00) 232
Tovuzda bəyan edilməyən tibbi mallar aşkarlandı

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости