https://news.day.az/azerinews/1872328.html Avropa Komissiyasında yüksək vəzifələr uğrunda qızğın mübarizə başlayıb - KİV Avropa Komissiyasında bir sıra yüksək vəzifəli məmurun təqaüdə çıxacağı ilə bağlı yayılan məlumatlar fonunda rəhbər vəzifələr uğrunda qızğın mübarizə başlayıb. Day.Az xəbər verir ki, bu barədə "Politico" Avropa İttifaqının (Aİ) qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Avropa Komissiyasında yüksək vəzifələr uğrunda qızğın mübarizə başlayıb - KİV

Azərbaycanca, 5 ноября 2026 17:45 (UTC +04:00) 225
Avropa Komissiyasında yüksək vəzifələr uğrunda qızğın mübarizə başlayıb

Avropa Komissiyasında bir sıra yüksək vəzifəli məmurun təqaüdə çıxacağı ilə bağlı yayılan məlumatlar fonunda rəhbər vəzifələr uğrunda qızğın mübarizə başlayıb.

Day.Az xəbər verir ki, bu barədə "Politico" Avropa İttifaqının (Aİ) qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən həftə Brüsseldə "Signal" və "WhatsApp" messencerlərindəki qruplarda vəzifələrini tərk etməyə hazırlaşan Avropa Komissiyasının rəhbər şəxslərinin siyahısı geniş yayılıb. Sənəd mümkün kadr dəyişiklikləri ilə bağlı müzakirələrə səbəb olub. "Politico" siyahıdakı məlumatların bir hissəsini təsdiqləyə bilib.

Bununla belə, ehtimal olunan istefaların əksəriyyəti hələlik rəsmi şəkildə təsdiqlənməyib.

"Politico" qeyd edir ki, mümkün istefalara marağın artması Avropa Komissiyasının ali rəhbərliyində karyera yüksəlişi imkanlarının məhdud olması ilə bağlıdır. Ursula fon der Lyayen 2019-cu ildə Avropa Komissiyasının sədri vəzifəsinə gəldikdən sonra qurumda yalnız bir böyük kadr dəyişikliyi baş verib.

Bu fonda Avropa Komissiyasının keçmiş yüksək vəzifəli rəsmisi Ketrin Dey rəhbər şəxslərin təyin olunması üçün beşillik sabit səlahiyyət müddətlərinin bərpa edilməsini təklif edib. Nəşrin qiymətləndirməsinə görə, mümkün təqaüdə çıxma dalğası Avropa Komissiyasının rəhbər heyətinin genişmiqyaslı yenilənməsinə yol aça bilər.

İyun ayında "Politico" Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) Avropa Komissiyası ilə uzun müddətdir davam edən münaqişə fonunda ləğv edilə biləcəyini yazıb. Nəşrin məlumatına görə, AXFX daxili böhran vəziyyətindədir, Kallas isə Avropa diplomatlarının davamlı tənqidinə məruz qalır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости