Orqanizmdə daş yaranan 4 nahiyə: Bəziləri ciddi fəsadlara səbəb ola bilər
Daşlar yalnız böyrəklərdə deyil, öd kisəsi və öd yollarında, tüpürcək vəzilərində, eləcə də prostat vəzində yarana bilər.
Day.Az xəbər verir ki, həkim-qastroenteroloq Olqa Patyukovanın sözlərinə görə, bu proses duzların və digər maddələrin toplanması, maye durğunluğu, infeksiyalar və maddələr mübadiləsinin pozulması nəticəsində baş verir.
Həkim bildirib ki, daşların əmələ gəlməsi aylarla, hətta illərlə davam edə bilər. Xüsusilə tüpürcək vəzilərində yaranan daşlar axarların tutulmasına, iltihaba, absesə və ağır hallarda vəzin funksiyasının itirilməsinə səbəb ola bilər. Kiçik daşlar da axarlarda ilişib qalaraq problem yarada bilər.
Şübhəli əlamətlər olduqda həkimə müraciət etmək vacibdir. Diaqnostika üçün ultrasəs, rentgen, kompüter tomoqrafiyası və MRT müayinələrindən istifadə olunur. Müalicə isə daşın ölçüsündən və yerləşdiyi nahiyədən asılı olaraq tüpürcək ifrazının stimullaşdırılmasını və ya daşın çıxarılmasını əhatə edə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре