Qaragilə depressiv əlamətləri azaltmağa kömək edə bilər
Harvard Tibb Məktəbinin tədqiqatçılarının araşdırmasına görə, qaragilə (yaban mersini) beyin kimyasına və əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər.
Day.Az xəbər verir ki, "The Journal of Nutrition, Health and Aging" jurnalında dərc olunan tədqiqat yüngül depressiv əlamətləri olan şəxslər üzərində aparılıb.
Üç ay davam edən araşdırmada hər gün iki stəkan qaragilə istehlak edən iştirakçılarda əhval-ruhiyyənin yaxşılaşdığı müşahidə olunub. Tədqiqatçılar bu meyvənin bağırsaq mikrobiotasına və GABA neyrotransmitteri ilə əlaqəli bakterial proseslərə təsirini də qeyd ediblər.
Mütəxəssislər qaragilənin gündəlik qidalanmaya daxil edilməsinin zehni sağlamlığı dəstəkləyə biləcəyini bildirirlər. Bununla belə, meyvə istehlakı depressiyanın tibbi müalicəsini əvəz etmir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре