https://news.day.az/azerinews/1872335.html Arıqlama iynələri dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər Arıqlama məqsədilə istifadə olunan GLP-1 qrupuna aid iynələr sürətli çəki itkisi ilə yanaşı, dəridə sallanma və qırışların yaranmasına səbəb ola bilər. Day.Az xəbər verir ki, dermatoloq Özlem Su Küçük bildirib ki, bu preparatlardan istifadə edən bəzi insanlarda üz cizgilərində nəzərəçarpan dəyişikliklər müşahidə olunur.

Arıqlama iynələri dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər

Azərbaycanca, 6 ноября 2026 05:50 (UTC +04:00) 230
Arıqlama iynələri dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər

Arıqlama məqsədilə istifadə olunan GLP-1 qrupuna aid iynələr sürətli çəki itkisi ilə yanaşı, dəridə sallanma və qırışların yaranmasına səbəb ola bilər.

Day.Az xəbər verir ki, dermatoloq Özlem Su Küçük bildirib ki, bu preparatlardan istifadə edən bəzi insanlarda üz cizgilərində nəzərəçarpan dəyişikliklər müşahidə olunur.

Mütəxəssisin sözlərinə görə, həftədə bir kiloqramdan artıq çəki itirmək almacıq sümüklərinin qabarmasına, gözaltı nahiyənin və yanaqların çökməsinə, üz və boyun dərisinin sallanmasına gətirib çıxara bilər. Bu dəyişikliklər insanın olduğundan daha yaşlı görünməsinə səbəb olur.

Dermatoloq qeyd edib ki, oxşar hallar piylənmə əməliyyatından sonra qısa müddətdə çox çəki itirən insanlarda da müşahidə edilir. O, kosmetik dolğu prosedurlarına müraciət etməzdən əvvəl mütləq dermatoloqla məsləhətləşməyi tövsiyə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости