https://news.day.az/azerinews/1872534.html Azərbaycanda piylənmə diaqnozu qoyulanların 60%-ə yaxını qadınlardır Azərbaycanda 2025-ci ilin sonuna piylənmə diaqnozu ilə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 7 126 nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, qeydiyyatda olan xəstələrin 2 929-u kişi, 4 197-si isə qadındır.

Azərbaycanda piylənmə diaqnozu qoyulanların 60%-ə yaxını qadınlardır

Azərbaycanca, 6 ноября 2026 15:18 (UTC +04:00) 246
Azərbaycanda piylənmə diaqnozu qoyulanların 60%-ə yaxını qadınlardır

Azərbaycanda 2025-ci ilin sonuna piylənmə diaqnozu ilə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 7 126 nəfər təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, qeydiyyatda olan xəstələrin 2 929-u kişi, 4 197-si isə qadındır. Beləliklə, piylənmə diaqnozu qoyulan qadınların sayı kişilərlə müqayisədə 1 268 nəfər çoxdur.

Yaş qrupları üzrə bölgüyə əsasən, xəstələrin 897-si 0-13 yaş, 509-u 14-17 yaş, 651-i 18-29 yaş kateqoriyasına daxildir. Ən böyük göstərici 30 və yuxarı yaş qrupunda qeydə alınıb. Belə ki, bu yaş kateqoriyasında piylənmə diaqnozu ilə qeydiyyatda olanların sayı 5 069 nəfərdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 9,3 faizi, qadınların isə 10,6 faizi piylənmədən əziyyət çəkib."

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости