https://news.day.az/azerinews/1872542.html Baş nazir istefa vermək istəyir, kral qoymur Belçika kralı Filip Baş nazir Bart De Veverin istefası ilə bağlı qərarı qəbul etməyib. Hökumət başçısından 2027-ci ilin dövlət büdcəsi ilə bağlı siyasi kompromis əldə etmək üçün danışıqları davam etdirməsi gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Belçika Kral Sarayının yaydığı məlumatda bildirilib.

Baş nazir istefa vermək istəyir, kral qoymur

Azərbaycanca, 6 ноября 2026 15:36 (UTC +04:00) 229
Baş nazir istefa vermək istəyir, kral qoymur

Belçika kralı Filip Baş nazir Bart De Veverin istefası ilə bağlı qərarı qəbul etməyib. Hökumət başçısından 2027-ci ilin dövlət büdcəsi ilə bağlı siyasi kompromis əldə etmək üçün danışıqları davam etdirməsi gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Belçika Kral Sarayının yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Bart De Vever noyabrın 2-də hökumətin 2027-ci il büdcəsi ilə bağlı razılığa gələ bilməməsindən sonra kral Filipə istefasını təqdim edib. Beşpartiyalı koalisiyanın üzvləri büdcə kəsirinin azaldılması, dövlət xərclərinin ixtisarı və vergilərin artırılması məsələlərində ortaq mövqeyə gələ bilməyiblər.

Kral Filip istefa ilə bağlı qərar verməzdən əvvəl koalisiya partiyalarının rəhbərləri ilə məsləhətləşmələr aparıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости