https://news.day.az/azerinews/1872588.html Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib - FOTO - VİDEO Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutu (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutounun rəhbəri olduğu "Beynəlxalq Gənclər Şəbəkəsi" ictimai birliyinin dəstəyi ilə keniyalı gənclərin, Azərbaycan icmasının və media nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan...

Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib - FOTO - VİDEO

Azərbaycanca, 6 ноября 2026 17:18 (UTC +04:00) 232
Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib

Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutu (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutounun rəhbəri olduğu "Beynəlxalq Gənclər Şəbəkəsi" ictimai birliyinin dəstəyi ilə keniyalı gənclərin, Azərbaycan icmasının və media nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib. 

Day.Az Azərbaycanın Keniyadakı səfirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə keçən il KXTTİ-nin nəzdində təsis olunmuş Keniya Gənclərinin Liderliyi və İnnovasiya Mərkəzində panel müzakirə keçirilib.

Tədbir iştirakçıları Azərbaycanın münaqişənin həlli və münaqişədən sonra bərpa-yenidənqurma, humanitar minatəmizləmə prosesindəki təcrübəsi, həmçinin dayanıqlı sülh və regional əməkdaşlıqla bağlı mövqeyi və atdığı addımlar ətrafında fikir mübadiləsi aparıblar. 

"Zəfərdən sülhə və yenidənqurmaya" mövzusunda nümayiş etdirilən video və foto-sərgi keniyalı gənclərdə tarixi qələbəmizin unudulmaz anları və postmünaqişə dövrünün inkişaf mərhələləri haqqında təəssürat yaradıb. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində Azərbaycanda ali təhsil alan bir qrup keniyalı tələbə Bakıdan canlı bağlantı ilə qoşuldular.

Tədbirdə Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edildi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycanın qələbədən sonrakı dövrdə regionda dayanıqlı sülhə və əməkdaşlığa yönəlmiş ardıcıl səyləri qeyd edildi. Azərbaycanın həyata keçirdiyi bərpa, yenidənqurma, humanitar minatəmizləmə və reinteqrasiya fəaliyyəti münaqişədən çıxan digər ölkələr üçün dəyərli təcrübə olduğu vurğulandı. 

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib. Konsert proqramında Azərbaycanlı və keniyalı rəqqaslar tərəfindən ifa olunan xalqımızın milli rəqs nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlara milli mətbəx nümunələrimiz təqdim olunduğu ziyafət verilib.

  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
  • Keniyada 8 Noyabr - Zəfər Gününə gəsr olunan tədbir keçirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости