Bu peşə sahiblərinə tələbat artıb - Yeni güzəştlər təklif olunur - VİDEO
Azərbaycanda aqrar sahənin inkişafı məqsədilə xarici mütəxəssislərin ölkəyə cəlb olunması üçün yeni güzəştlərin tətbiqi təklif edilir.
Day.Az xəbər verir ki, dəyişikliyə əsasən, müvəqqəti yaşamaq icazəsi olan, aqroparkların fəaliyyətinə cəlb edilən təcrübəli aqronom, zootexnik, bağçılıq mütəxəssisi və baytar həkimlərindən iş icazəsi tələb olunmaya bilər. Məqsəd müasir texnologiyaların kənd təsərrüfatında tətbiqini sürətləndirmək və peşəkar kadr çatışmazlığını aradan qaldırmaqdır.
Ekspertlər bildirirlər ki, aqrar sahədə yerli mütəxəssislərin azlığı bu güzəştləri zəruri edən amillərdəndir. Uzun müddət kənd təsərrüfatı ixtisaslarına marağın zəifləməsi, gəlir və məşğulluq imkanları ilə bağlı qeyri-müəyyənliklər kadr hazırlığına da təsir göstərib. Xarici mütəxəssislərin cəlb edilməsi isə həm yeni təcrübənin, həm də müasir texnologiyaların yerli təsərrüfatlarda tətbiqinə imkan yarada bilər.
Digər tərəfdən, yerli kadr potensialının gücləndirilməsi istiqamətində də tədbirlər görülür. 2026-cı ildə qəbul edilən aqrar sahənin inkişafı üzrə dövlət proqramında aqrar təhsilin, elmi tədqiqatların və beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, aqrar ixtisaslara marağın artırılması, keyfiyyətli təhsil və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı sektorun gələcək inkişafında mühüm rol oynayacaq.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре