https://news.day.az/azerinews/1875939.html Hərbi müəllimlər üçün NATO proqramı üzrə təlim başa çatıb - FOTO Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi müəllimlər üçün NATO proqramı üzrə təlim başa çatıb - FOTO

Azərbaycanca, 20 ноября 2026 20:27 (UTC +04:00) 142
Hərbi müəllimlər üçün NATO proqramı üzrə təlim başa çatıb

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqrama uyğun olaraq keçirilən "Müəllimlərin təkmilləşdirilməsi treninqi"ndə "Aviasiya ingilis dili" və "Dənizçilik ingilis dili" kurslarının növbəti modulları başa çatıb.

Treninq müddətində iştirakçılara tədris prosesinə müasir yanaşmalar, dərslərin səmərəli təşkili, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, eləcə də müəllim-kursant münasibətlərində səmərəli ünsiyyətin qurulması ilə bağlı məlumatlar verilib.

Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.

  • Hərbi müəllimlər üçün NATO proqramı üzrə təlim başa çatıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости