Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

Day.Az представляет новость на азербайджанском языке
Təhsil Nazirliyinin "Feysbuk" səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, 14-29 yanvar tarixlərində (iş günləri nəzərə alınmaqla) suallar şərhlər vasitəsilə cavablandırılacaq.
Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.
Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре