Olimpiya stadionuna "bomba qoyan" şəxsə hökm oxundu - 7 il

Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Day.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 qaynar xidməti"nə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре