Röya Ayxan: "Sevgilim odur, amma atacaq məni" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
"Yaxşılar az olmalıdır. Ona görə də az-az görünürəm"
"ARB Ulduz"un efirində yayımlanan "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Röya Ayxan uzun ayrılıqdan sonra maraqlı açıqlamalar verib: "Hamınızı salamlayıram. Sizi çox sevirəm. Yaxşı şey az olmalıdır. Mən də ona görə görüşünüzə az-az gəlirəm. Hələ ki, həyəcan hiss etmirəm, arada qorxu gəlir. Bir həftə bundan qabaq ağlaya-ağlaya pilləkənləri qalxıram, deyirəm ki, bəlkə, konsertə tez hazırlaşdım, bəlkə, bir aydan sonra edim? Sonra deyirəm ki, Allah böyükdür. Mən nə qədər çətin işlərin altından çıxdım".
Röya bildirib ki, o, musiqiləri ifa edərkən oradakı ab-havaya girə bilmir, amma sonradan mahnının ruhunu hiss edir: "Mən mahnını oxuduğum vaxt başa düşürəm ki, həmin mahnı hər kəsin ürəyinə girəcək, bu mahnı hitdir. Hamısını əvvəlcədən bilirəm. Ancaq bir müddət sonra özüm mahnının içinə girirəm. Bir neçə il sonra konsert zamanı özümdən soruşuram ki, mən nə oxumuşam, bunu necə oxumuşam?"
Daha sonra Röya oğluna olan sevgisindən ağız dolusu danışıb: "Əvvəl sevgi deyəndə ağlıma min şey gəlirdi. İndi ancaq oğlum gəlir. Başa düşürəm ki, ən böyük sevgilim odur. O da böyüyəcək, atacaq məni. Onunla gəzməyi xoşlayıram. Düzdür, o, dərslə bağlı çox ağır bir sistemdədir. Özü demişkən, deyir, elə bil, məni işə qoymusan. Səhər səkkizdə gedirəm, axşam altıda çıxıram. İstəmirəm onun ağlında başqa fikirlər olsun. Şənbə və bazar günləri atası ilə gəzir. İstədiyi yeməkləri yeyir. Ancaq istəyirəm ki, digər vaxtlarda onun üçün dərs və məşqləri öndə olsun. O, səkkizdə dərsə gedir, mən yatıram. O, axşam altıda-yeddidə gəlir, doqquza kimi mən onunla birlikdə oluram, doqquzdan sonra isə əgər hansısa işim varsa, gedirəm. Şənbə və bazar günləri isə yenə onunla birlikdəyəm".
Müğənni bundan əlavə, Rəhim Rəhimli ilə olan münasibətindən danışıb. Münasibətlərinin əvvəlki kimi isti olmadığını bildirib: "Mən arada dostlarım üçün çox fədakarlıq edirəm. Sonra onlar bu fədakarlıqdan istifadə edilər. Mən o zaman onları tanımaq istəmirəm. Ona görə də mən onlara inanmıram".
Son olaraq Röya Sevda Yahyayevanın "Son sözüm" mahnısını ifa etməsindən söz açıb: "Özüm də demişdim ki, bu mahnının haqqı verilməyib, ancaq verilməlidir. Çünki mahnı onun səsi üçün yazılmamışdı. Mən ona hər zaman deyirəm, sən bizim Anjelika Varumumuzsan. Sən "incə" mahnılar oxu. Belə "ağır" mahnılara girmə, qızım. Mən ona dedim, oxuyum, dedi, "buyur"".
Qeyd edək ki, "ARB Ulduz" kanalına Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре