77 yaşlı məşhur aktyor qızı yaşda qadına vurulub

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Al Paçino 77-ci ad gününü 38 yaşlı sevgilisi, argentinalı aktrisa Lüsiya Sola ilə Meksikada qeyd edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Al Paçino heç vaxt rəsmi nikahda olmasa da, onun üç övladı var. Aktyor 1972-ci ildə Dayana Kiton, 1977-ci ildə isçə Marta Kellerlə birlikdə olub.

Al Paçino ilə Lüsiya Sola 10 ildir ki, birlikdədirlər. Sonuncu dəfə onları 2016-cı ilin iyul ayında Malibudakı "Nobu" restoranında görmüşdülər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.