https://news.day.az/azerinews/901977.html
Əməkdar artistin maşınının şüşələrini sındırdılar - Qarət, yoxsa qisas?
Əməkdar artistin maşınının şüşələrini sındırdılar - Qarət, yoxsa qisas?

Day.Az представляет новость на азербайджанском языке
Bakıda əməkdar artistin avtomobilinin şüşələri sındırılıb.
Day.Az lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb.
Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, Səlim Abbasov tanınmış skripka ifaçısı və Azərbaycanın əməkdar artistidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре