Adriana Lima türk sevgilisi haqqında: “35 il onu gözləmişəm” - ФОТО

Day.Az представляет новость на азербайджанском языке
Adriana Lima türkiyəli terapevt Metin Haranın onu çox xoşbəxt etdiyini etiraf edib.
Publika.az "Postamagazin"-ə istinadən xəbər verir ki, Adriana Lima türk sevgilisi Metin Hara haqqında ilk dəfə danışıb. Braziliyalı top model Metin Hara ilə münasibətlərinin saxta və reklam adlandırılmasına cavab verib. O, Haraya sevgisini belə ifadə edib: "Mən 35 il Metini gözləmişəm. Əl-ələ tutaraq yeni həyata başlayacağıq".
Metin Hara isə hər kəsin gözü önündə onunla öpüşməkdən çəkinməyəcəyini bildirib: "Pis baxanlar da bu mənzərəni izləməyə davam edəcək. Varlı insan olmasam da, könlüm çox zəngindir".
Məşhur terapevt homoseksual olduğu barədə də yayılan söz-söhbətlərə belə aydınlıq gətirib: "Homoseksual olduğumu və "Yol" adlı kitabımı buna görə yazdığımı iddia ediblər. Məni fiziki olaraq bəyənməyə bilərlər, bu, başqa məsələdir. Amma homoseksual deyiləm. Bunu həyatımdakı sevgililərimdən də bilmək olar. Əvvəllər Aslı Tandoğan, Ekin Türkmən və Müge Bozla flirt etmişəm. Hamısı gözəl ruhlu insanlardır. Həmçinin bunu kimə sübut etmək məcburiyyətində də deyiləm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре