Lütfi Zadə gələn həftə dəfn olunacaq
Day.Az представляет новость на азербайджанском языке.
Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.
"Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var" - deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Artıq Lütfi Zadənin məzarı qazılıb. Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре