Ərdoğan: "Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib"
Day.Az представляет новость на азербайджанском языке
Türkiyə islahatları davam etdirəcək, lakin Avropa İttifaqına (Aİ) daxil olmaq üçün yox.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə hökumətində islahatlara ehtiyac vardı və islahatlar aparıldı.
R.T.Ərdoğan bildirib ki, Avropa həmişə ikili standartları ilə fərqlənib: "Aİ Türkiyə qarşısında öhdəliklərini yerinə yetirmədi, bu da Türkiyə xalqının etibarını itirməyinə səbəb oldu".
Prezident əlavə edib ki, Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib: "Avropa İttifaqını Türkiyəyə münasibətdə daha səmimi olmağa çağırırıq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре