Bənövşəyi kartofun faydaları

Day.Az представляет новость на азербайджанском языке
Bu kartof növü 7.000 il əvvəl Cənub Amerikadakı İnk krallarına məxsus, bir yemək olaraq qəbul edilmişdir.
Day.Az Deyerler.org-a istinadən bildirir ki, ABŞ Əkinçilik Nazirliyinə görə ən tünd bənövşəyi rəngli kartoflar digər bənövşəyi kartoflara görə dörd qat daha çox antioksidant ehtiva edir. Ağ kartoflarla müqayisə etdikdə on qat daha çox antioksidant və antosiyanin ehtiva edir. Bənövşəyi kartof, indiki vaxtda bəzi ölkələrdə yetişir.
Antioksidant gücünə görə, brüssel kələmi, buruq kələm və ispanaqla eyni sıranı paylaşır.
Bənövşəyi kartof eyni zamanda yaxşı bir kompleks karbonhidrat, kalium, C vitamini, fol turşu və dəmir qaynağı olaraq bilinir. Bənövşəyi kartof hüceyrələri qoruyan və bədəni yaxşılaşdırmağa köməkçi olan antosiyaninlər, göz və ürək sağlamlığını dəstəkləmədə, xərçəng hüceyrələrinin çoxalmasını azaltmada və daha bir çox narahatlığın aradan qaldırılmasında aktiv rol oynayır.
Ehtiva etdiyi antosiyanin sayəsində xərçəng riskini əhəmiyyətli nisbətdə azaltdığı müəyyən edilmişdir. Piylənməyə qarşı kökəltməyən xüsusiyyətinə görə çox faydalıdır. Bronxlar, burun və ağciyər tıxanıqlığı müalicəsində təsirlidir. Bundan əlavə, yaşlanmağı gecikdirici xüsusiyyəti vardır. Qızartma edilərək istehlak edilməməlidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре