Bakıda yol qəzasına baxan sürücü özü qəza törətdi: xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswagen"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.