“Maşın”ı tərk edən növbəti tanınmış sima

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Murad Dadaşovun təqdimatında "Xanımlar vs cənablar" şüarı ilə, "ATV" telekanalında yayımlanan "Maşın" şounu növbəti iştirakçı tərk edib.

Oxu.Az xəbər verir ki, dünən şouda iştirakçılar müğənni Günel Ələkbərovanı SMS səsverməsinə çıxarıblar. Ötən gün yayımlanan anonsda G.Ələkbərova jurnalist Ülviyyə Alovlunu çıxaracağını bəyan edib. İfaçının növbəti mübahisəsi isə aparıcı Vüsalə Kərimova ilə olub və o, teleaparıcını uzaqlaşdırmaq istədiyini deyib.

Sonda 33,06 faiz səs toplayan G.Ələkbərova özü "Maşın"ı tərk etməli olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bir gündə iki nəfər üçün -