https://news.day.az/showbiz/568604.html
Aparıcı Günel Hümbətova ana olmağa hazırlaşır
Day.Az представляет новость на азербайджанском языке:
Aparıcı Günel Hümbətova qəfil ailə qurması, Nyu-Yorkdakı yeni həyatı ilə bağlı sualları cavablandırıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində o, ana olmağa hazırlaşdığını deyib:
"Təhsil almalı idim, amma planlarımı yarıda qoymalı oldum. Çünki ana olmağa hazırlaşıram. Hazırda istirahət etməklə məşğulam. İnşallah, qızım dünyaya gələcək. Ailə həyatımda hər şey yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək. Həyat yoldaşımı çox sevirəm. Bütün zövqlərimiz üst-üstə düşür. Eyni şeylərdən zövq alırıq, xasiyyətimiz uyğundur, bir-birimizə əziyyət vermirik. Ailədə bunlar çox önəmlidir. Həyatım 100 faiz dəyişib desəm, yanılmaram. Amma mənə xoşdur. Mən ailə həyatına heç hazır deyildim, heç bu haqda düşünmürdüm də. Qəfildən oldu, bəziləri bunu qismət, bəziləri isə zərurət adlandırır. Firuzla tanış olanda düşündüm ki, həyatımı rəsmiləşdirəcəyim insan bu olmalıdır. Üstündən bir müddət keçdi və reallaşdı".
G.Hümbətova gözlənilmədən ailə qurmasına yaxınlarının necə reaksiya verməsi ilə bağlı suallara isə belə cavab verib:
"Mənim fərqli xasiyyətim var. Nikaha bu cür oturmağım da bundan irəli gəlir. Qəfil qərarlar verə bilirəm. Evlənməyimiz hamıya sürpriz oldu, elə ailəmə də... Amma münasibətimiz xeyli vaxtdi ki, var idi. Hətta həyat yoldaşım Bakıya gəlib, ailəmlə də tanış olmuşdu. Yeni ili Las-Veqasda qarşılayırdıq, o da mənə sürpriz etdi. Nevada ştatında yerləşən Las-Veqas yeganə şəhərdir ki, orada ailə quranda əvvəlcədən sənədləşmə işləri etməyə ehtiyac yoxdur. Yəni istədiyin gün, an nikaha daxil ola bilərsən. Bayram günü etdiyi sürpriz evlilik təklifi ilə razılaşdım. Onsuz da gələcəkdə evlənmək fikrimiz var idi. Anam, qohumlarım, dostlarım deyir ki, gəlib Bakıda da toy edin. Bunu lazımsız bilirəm. Mənim üçün əsas xoşbəxtlikdir. Bakı üçün darıxıram, çünki mən oranı çox sevirəm: hər şeyini - havasını, suyunu, küləyini, binalarını, torpağını, tozunu. Bir çox ölkə gəzmişəm, hazırda Nyu-Yorkdayam, amma Bakı üçün burnumun ucu göynəyir. Yayın sonunda ölkəmə gələcəm. Ailəm, dostlarım, işim üçün də darıxmışam. Həyat yoldaşım buranın vətəndaşıdır. Ömürlük Bakısız qala bilmərəm, tez-tez gəlib-gedəcəyimə əminəm. Nə bilmək olar, bəlkə, gələcəkdə Azərbaycana köçdük. İşimlə bağlı maraqlı təklif gəlsə, qəbul da edərəm. Bu, verilişlə yanaşı film də ola bilər".

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре