Adi ev tikmək üçün ən azı iki sot torpaq alınmalıdır

Day.Az представляет новость на азербайджанском языке.
Fərdi yaşayış evi tikintisi ilə bağlı suallar tez-tez yaranır. Milli.Az-a edilən müraciətlərdə ev tikmək üçün hansı torpaqların və nə qədər ərazinin olması soruşulur.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktor Ramin Osmanlı Milli.Az-a açıqlamasında bildirdi ki, ev tikmək məqsədilə alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalı və torpağın dövlət reyestrindən çıxarışı olmalıdır:
"Bu təyinat varsa, müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Əvvəllər müəyyən razılıqlar, sərəncamlar olurdu. Hazırda isə sadəcə müraciət olunur və eskiz layihə təsdiqlənəndən sonra tikintiyə başlana bilər. Eskiz layihəni lisenziyası olan özəl şirkətlərlə müqavilə bağlayaraq hazırlatmaq lazımdır. Tikinti aparılandan sonra texniki şərtlər alınır. Sonra isə müvafiq icra hakimiyyəti orqanından istismar aktının alınmasıdır".
İcraçı direktor qeyd etdi ki, fərdi yaşayış evi tikmək üçün yeni normativlər müəyyənləşib: "Fərdi yaşayış evi torpağın hasarından hər dörd tərəfdən 2 metr 40 santimetr aralı tikilməlidir. Bu qaydalar var və çox halda əməl olunmur. Nəzarət, əsasən, hündürlük və ya qonşunun pəncərəsinə tərəf olan hissədə, magistral xətlərin mühafizə zolağına yaxın və üstündə olduğu halda nəzərə alınır, digər hallarda pozulur. Ancaq tikinti ilə bağlı normativlər var və bu, mütləq şəkildə gözlənilməlidir".
R.Osmalı hesab edir ki, adi bir fərdi yaşayış evi tikmək üçün ən azı iki sot torpaq alınmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре