https://news.day.az/society/401466.html
Qızıl alarkən nəyə fikir vermək lazımdır?
Qızıl alarkən alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikatına baxırlar. Lakin bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Saxta qızılların satışı ilə bağlı hallar isə xüsusilə də qızılların əldə, lombardda və ya bazarda satıldığı üçün daha da artır. Belə yerlərdə qiymətin ucuz olduğuna aldanan alıcılar saxta qızıl almaq riski ilə üzləşirlər.
Alıcı Xalidə Hacıyeva bildirib ki, o, zinət əşyası alarkən öz təcrübəsinə güvənir. "Düşünürəm ki, əyarın vurulması malın təmizliyini sübut etmir. Xüsusilə də son vaxtlar qızılların təmiz olmaması ilə bağlı tanışlar arasında gedən söhbətlər məni daha diqqətli olmağa vadar edir. Əsasən də, satışa yeni çıxarılan qızıl zinət əşyaları arasında saxtalara çox rast gəlinir. Bu səbəbdən də tanıdığım adamdan köhnə qızılları almağa üstünlük verirəm. Onlar dəbə uyğun olmasalar da, qızılı və qaşları təmizdir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: "Lakin bu qərar istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də qərarın dəyişdirilməsinə ehtiyac var".
E.Hüseynov bildirib ki, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədini və s. tələb etməlidir. Qızılın üzərindəki əyara da diqqət verilməlidir. Bazardakı qızılların 30 faizinin saxta olduğunu deyən AİB sədri bununla bağlı onlara xeyli müraciət edildiyini bildirib: "Amma şikayətlərin çoxluğuna baxmayaraq, əllərində malın haradan, nə vaxt aldığı barədə sənəd və ya qəbz olmadığı üçün onlara yardım edə bilmirik".
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin müdiri Müşfiq Səttarzadə bildirib ki, dövlət əyar damğası ilə damğalanan zərgərlik məmulatlarını almaq lazımdır. Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, bu ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib ki, bu zaman qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15535 ədəd zərgərlik məmulatı aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyənləşib. Bu izlər sözügedən Dövlət Xidməti tərəfindən təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136120,00 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən, 10400,00 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.
Zərgər Emin Ələkbərlinin sözlərinə görə, qızıl alarkən əsas əyara fikir vermək lazımdır: "Çox vaxt alıcılar qızılın üzərində əyara bənzər bir şey gördükdə yazılar kiçik olduğu üçün buna o qədər də fikir vermir və satıcının qızıl haqqında dediklərinə inanıb qızılı alırlar. Əslində isə qızıl alarkən ona zərrəbindən istifadə edərək diqqətlə baxmaq lazımdır. Çoxu bunu etmir. Satıcılar isə bundan istifadə edib zərgərlik məmulatlarını satırlar. Çox vaxt heç satıcıların özlərinin də qızıldan başı çıxmır. Bu səbəbdən də satıcılara arxayın olmaq olmaz" deyən həmsöhbətimiz alıcıları qızıl alarkən diqqətli olmağı və ya qiymətli metallardan başı çıxan adamla mağazaya getməyi məsləhət görür. Onun sözlərinə görə, bazardan, lombarddan və ya əldən qızıl almaq təhlükəlidir. "Belə yerlərdə sizə asanlıqla saxta malı baha qiymətə verə bilərlər. Zərgərə sifariş verərkən də diqqətli olmaq lazımdır. Belə ki, sifariş zamanı qızıla qarışıqlar əlavə edə və ya verdiyiniz qızılın qramlarını kəsə, qaşları isə nisbətən ucuzları ilə əvəz edə bilərlər".
Zərgər qeyd edib ki, qızıl alarkən zərrəbinin köməyi ilə diqqətlə qızıla, ona vurulan əyara baxmaq lazımdır. Əyarın yoxluğu və ya səliqəsiz vurulması malın saxta olduğuna işarə edir. Qızıl saxta olarkən əyardakı rəqəmlər əyri yazıla, əyar özü əyri vurula və yayılmış şəkildə ola bilər. Nəzərə alın ki, əyar qızılın bütün hissələrinə, detallarına vurulmalıdır. Əks halda zinət əşyasının bir detalı qızıldan, digərləri isə başqa metallardan ola bilər.
Qızıl alarkən onun iç tərəfinə də fikir vermək lazımdır. Əgər iç tərəfi də səliqəli işlənibsə, deməli, qızılın orijinal olma ehtimalı daha çoxdur. Qızılın saxta olub-olmadığını qızılın yerə düşərkən çıxan səsə görə də müəyyən etmək olar. Lakin bunu ancaq mütəxəssis başa düşə bilər. Belə ki, adi adamlar üçün bu çox çətindir. Hesab olunur ki, orijinal qızıl yerə düşərkən büllurun taqqıltısı kimi cingiltili səs verir. Bundan başqa qızılın səthini cızmaqla da onun saxtalığını yoxlamaq olar. Qızıl saxta olduqda cızıldığı təqdirdə altından başqa metalın izi görünür. Və ya qızılın saxtalığını kimyəvi üsullarla da bilmək olar. Bunun üçün qızılın üzərinə yod damcılayın. Əgər yoddan qalan ləkə tünddürsə, qızıl təmizdir, yox, əgər süd rənginə çalırsa, saxtadır. Qızılın üstündəki ləkə isə parça ilə sildikdə asanlıqla keçir. Qızılı yoxlamaq üçün sirkə də əla vasitədir. Belə ki, sirkəyə salınmış zinət əşyası tündləşirsə, qızıl deyil.
Satıcı Fərqanə Osmanova isə bildirib ki, son zamanlar əksəriyyət zinət əşyası alarkən sertifikat tələb edir: "Lakin sertifikatın mövcudluğu alıcıları saxta mal almaqdan sığortalamır. Belə ki, istənilən mala sertifikat düzəltmək olar. Bu gün istənilən malın saxta sertifikatına rast gəlmək olur. Sertifikat düzəldən aparatları isə 1000-1500 manata almaq olur. Həm də sertifikatın köməyi ilə hətta saxta malı belə baha qiymətə orijinal adı ilə satmaq daha asandır. Belə ki, alıcılar sertifikatı olan qızıllara daha çox etibar edirlər", - deyən satıcı əlavə edib ki, zinət əşyaları üçün əyar damğaları 375, 500, 583, 585, 750 və 958-dir. Lakin alıcılar daha çox 750 və 585 əyarlı qızıl məmulatlarına üstünlük verirlər.
/Ekspress.az/

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре