Bakı-Sumqayıt qatarından istifadə edəcək olanların nəzərinə

Day.Az представляет новость на азербайджанском языке:
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov fins.az-a bildirib ki, ilk işçi qatarı ilə dəmiryolunun əməkdaşları yola düşüb. Məqsəd yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.
Bakıdan Sumqayıta 40 dəqiqəyə
Yeni dəmiryolunun sentyabrın 15-də işə düşəcəyi gözlənilir. 63 kilometrlik dəmiryolunun təmiri 6 aya başa çatıb. Yeni yolla qatar Bakı Dəmiryol Vağzalından Sumqayıt vağzalına 40 dəqiqəyə çatacaq.
Qatar "Koroğlu"dan keçməyəcək
Qeyd edək ki, indiyədək Bakı-Sumqayıt qatarının metronun "Koroğlu" stansyasından keçəcəyi də bildirilirdi. Nadir Əzməmmədov isə bildirib ki, sərnişin qatarı ilkin olaraq Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt vağzalı marşrutu üzrə hərəkət edəcək. Yəni qatar hələ ki, metronun "Koroğlu" stansiyasını görməyəcək. Tədricən Sumqayıdan Abşeron rayonunun Saray, Goradil, Fatmayi, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək. Beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
Qatara bileti avtomatlar satacaq
Bakı-Sumqayıt qatarına bileti vağzallarda almaq mümkün olacaq. İlkin mərhələdə sərnişinlər bileti həm kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə bilet ala biləcəklər. Sonradan isə biletlərin kartla satış sistemi də tətbiq olunacaq.Biletləri bütün stansiyalardan almaq mümkün olacaq
8 qatar işləyəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре