Keçmiş prezident: "Bakıda yeni çağırışların şahidi oluruq"

Day.Az представляет новость на азербайджанском языке

"Hər kəsi Bakının gözəlliyini görməyə dəvət edirəm. Ölkənizin bir çox yerlərində olmuşam. Əminliklə deyə bilərəm ki, Azərbaycan gələcəyə doğru sürətli addımlarla irəliləyir. Azərbaycanın inkişafı regionun da çiçəklənməsi ilə müşahidə olunur. Biz Bakıda yeni çağırışların şahidi oluruq. Burada işsizlik, terrorizm, redikalizim kimi dövrümüz üçün önəmli problemləri müzakirə edirik".

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, Bakıda bu cür önəmli tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Otuz ildən çoxdur fəaliyyət göstərən Qarşılıqlı Fəaliyyət Şurası bu illər ərzində böyük işlər görüb və özünü təsdiqləyib. Məqsəd odur ki, dünyada mövcud problemlərin həllinə öz töhfəmizi verək. Şuranın tərkibində dünyanın nüfuzlu şəxslərinin toplaşması onun önəmini daha da artırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.