Səudiyyə Ərəbistanından Ermənistana sərt mesaj - "Dərhal Azərbaycan torpaqlarından çıx"
Day.Az представляет новость на азербайджанском языке
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı (IIT), Dağlıq Qarabağ bölgəsində yaşanan peoseslərdən narahat olduğunu bildirib.
Avropa.info xəbər verir ki, təşkilat Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və mütəmadi olaraq Azərbaycan ərazilərinə hücum etdiyini bildirib.
İİT baş katibi Iyad Medeni yaydığı açıqlamada Azərbaycan torpaqlarında erməni işğalının davam etməsindən narahat olduqlarını qeyd edib.
"Dağlıq Qarabağ və Azerbəycanın işğal altındakı bütün torpaqlarından erməni qüvvələrinin, dərhal şərtsiz şəkildə və tamamilə çıxmasını tələb edirik."deyə Mədəni bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре