ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağı müzakirə edəcək

Day.Az представляет новость на азербайджанском языке
Hazırda ATƏT sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarları, Serbiya və Avstriya xarici işlər nazirləri İvitsa Daçiç və Sebastyan Kurtsu qəbul edəcək.
Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında bildirilir.
ATƏT "üçlüyü"nə təşkilatın əvvəlki, hazırkı və növbəti ildəki sədr-ölkələri daxildir. Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edəcək.
"Danışıqların əsas mövzusu ATƏT-də sədrlik edən ölkələrin Dağlıq Qarabağ və Ukraynada münaqişənin nizamlanmasına dair səyləri olacaq. Həmçinin ATƏT-in miqrasiya məsələlərindəki roluna toxunulacaq", məlumatda deyilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре