Qubada oğurladığı maşını çırpdı

Day.Az представляет новость на азербайджанском языке
Quba şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az "Report"a istinadən bildirir ki, 1970-ci il təvəllüdlü sürücü Murad Murtuz oğlu Bağırov hadisə yerindən Quba şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Mirabbas oğlu Xürrəmiyə məxsus "VAZ-21011" markalı avtomobili onun işlədiyi Heydər Əliyev prospektində yerləşən "24 saat market"in qarşısından oğurlayaraq qaçıb. Ancaq M.Bağırov çox keçmədən N.Xürrəmiyə məxsus avtomobili "KamAZ" yük maşınına çırpıb. Hadisə yerinə gələn polis əməkdaşları sürücünün sərxoş olduğunu aşkarlayıblar. M.Bağırov qəzadan yüngül bədən xəsarətləri ilə qurtulub. Avtomobil isə tamamilə yararsız hala düşüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşadırmalara başlanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре