https://news.day.az/azerinews/808029.html
Şəmkir sakini bıçaqlandı
Şəmkir sakini bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке
Şəmkirdə bıçaqlanma olub.
Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Çinarlı qəsəbəsinin sakini, 1973-cü il təvəllüdlü Toğrul Məmmədov qarın və böyür nahiyələrinin çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən T. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Onun mübahisə zəminində küçədə bıçaqlandığı bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре