Sevda Yəhyayeva ərə getmək istəyir

Day.Az представляет новость на азербайджанском языке

Şou-biznesimizin ən gözəl gəlin namizədlərindən biri olan müğənni Sevda Yəhyayeva ərə getməyə qərar verib.
Day.Az 1xeber.com-a istinadən bildirir ki, İfaçı toyla bağlı ona ünvanlanan sualları belə cavablandırıb:

"Axır vaxtlar bu sualı çox verirlər mənə, toy haçandır? Bu vaxta qədər ancaq karyeramı düşünürdüm. Amma artıq ailə, toy barədə ciddi düşünməyə başlamışam. Konsert vermək, mahnı yazdırmaq, klip çəkdirmək mənə görə lk sırada olub həmişə. Düşünürəm ki, zamanı gəlib çatıb.
Ailəli, uşaqlı yaxın dostlarımı gördükcə həvəsə düşürəm. Hər şey Allahın qismətilədir. Qismət olarsa toy da edəcəm, ailə də quracam. Əsas odur ki, artıq bu barədə ciddi düşünürəm".

Gəlin kürsüsündə əyləşməyə qərar vermiş Sevda Yəhyayeva bəy namizədinin kimliyini bizdən gizli saxladı. Daha doğrusu, namizədin olmadığını dedi: "Namizəd yoxdur. İnşaallah, nə vaxt olacaqsa, o zaman sizə deyəcəyəm".

Sənətçi həmkarlarından fərqli olaraq bu yay istirahət etmədiyini də deyir:
"Klip çəkdirdim. Hazırlanması bir az uzun çəkdi. Sonra da işlərim başladı, tədbirlər, el şənlikləri və s. İşlərimin çoxluğundan bu yay dincələ bilməmişəm. İstirahətimi oktyabra saxlamışam, bu il belə alındı. Sentyabrda isə layihəmi təqdim edəcəyəm".

Bilmək olmaz, bəlkə də toy elə oktyabrda olacaq...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.