"Chiza Architectural Bureau" yeni inzibati binanın layihə işlərini aparıb - FOTO

"Chiza Architectural Bureau" Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üçün yeni inzibati binanın layihə işlərini aparıb

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üçün yeni inzibati bina inşa olunur. Yeni bina Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşəcək. Dövlət binasının layihə işləri "Chiza Architectural Bureau" və "Bakinşaat Group" şirkətlərinə məxsusdur.

Belə ki, tikinti işləri "Bakinşaat Group" tərəfindən aparılan İnzibati bina 7 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Binanın ölçüləri 33,00 x 32,60 metr, binanın tikinti sahəsi - 1188,78 m2, tikinti həcmi isə 35695,68 m3-dir.

Bina çox funksiyalıdır və imtahan otaqları, gözləmə zalları, treninqlər üçün toplantı otaqları, inzibati, iş otaqlarından, administrativ hissə o cümlədən elektron kitabxana, arxiv, konfrans zallarından, kiçik kinozal, kafe və çoxsaylı texniki və yardımçı otaqlardan ibarətdir. Tikintidə o cümlədən bina üçün yanğın əleyhinə və içməli su rezervuarları, nasosxana, qazanxana və transformator yarımstansiyası da nəzərdə tutulub

Qeyd edək ki, binanın inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Böyütmək üçün şəkillərə klikləyin.