Bakı yollarına yeni AVTOBUS - gediş haqqı 1 manat 30 qəpik

Day.Az представляет новость на азербайджанском языке

11:51

Hələlik xəttə 5 neoplan buraxılıb. Avtobuslar 24 saar fəaliyyət göstərəcək və hər iki tərəfdən 1 saatdan bir hərəkət edəcək.

Milli.Az xəbər verir ki, 48 nəfərlik sənişin tutumu olan avtobuslarda soyuducu və wi-fi sistemi var. Gediş haqqı 1 manat 30 qəpikdir.

---------
10:23

Bu gündən sərnişinlər şəhərin mərkəzindən aeroporta neoplanlarla gedib-gələcəklər.

Milli.Az xəbər verir ki, bu gündən etibarən metronun "28 may" stansiyasının önündən, "BakuBus" avtobus xətlərinin dayanacağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - "28 may" m/st-sı xətti üzrə yeni avtobus sərnişinlərin ixtiyarına veriləcək.

"BakuBus" MMC-dən Milli.Az-a bildiriblər ki, bununla əlaqədar jurnalistlərin iştirakı ilə açılış mərasimi təşkil ediləcək və avtobusun ilk sərnişini jurnalistlər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.