Qız ərə getməkdən imtina etdi, güllələndi

Day.Az представляет новость на азербайджанском языке

Pakistanda kişi ona ərə getməkdən imtina edən qızı güllələyib.

Yenicag.az bildirir ki, cinayətin görüntülərini müşahidə kameraları qeydə alıb. Bu haqda "The News" nəşri məlumat yayıb.

Polisin verdiyi məlumata görə, Abrar soyadlı kişi avtobus şirkətində keşikçi işləyirdi. O, eyni firmada işləyən həmkarına evlilik təklif edir və 18 yaşlı Mexviş soyadlı qız təklifi rədd edir.

Bu səbəbdən, işdən çıxandan sonra qızı izləyən Abrar onu başından atəş açaraq öldürür.

Məlumat üçün bildirək ki, qətlə yetirilən qız atasının ölümündən sonra ailədə işləyərək hər kəsi dolandıran tək adam idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Застрелена за отказ выйти замуж