Rusiya yığmasının məskunlaşdığı bazada qətl

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Rusiya milli komandasının dünya çempionatı ilə əlaqədar məskunlaşdığı Novoqorsk olimpiya bazasında qətl hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, baza ərazisindəki restoranda 28 yaşlı ukraynalı ofisiant 55 yaşlı aşpazı bıçaqlayıb.

Şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, hazırda Rusiya yığması bu gün Uruqvay yığması ilə keçirəcəyi A qrupunun III tur matçı ilə əlaqədar Samaradadır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.