Zümrüd ilk dəfə boşandığı ərindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Zümrüd Bədəlova boşandığı ərindən danışıb. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramında bildirib ki, ayrıldığı əri ilə heç bir əlaqəsi yoxdur:

"9 il ailəli qaldım. 5 il olacaq ki, ayrıldım. Qızı ilə maraqlanır. Əsas odur ki, Ləmanla danışır. Amma heç bir münasibətimiz qalmayıb. Qayınanamla hər gün danışıram, onunla isə yox".

Daha sonra ATV-də çalışdığı ilk illəri xatırlayan Zümrüd göz yaşlarını saxlaya bilməyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.