Notariat sənədlərin dövlət notariat arxivinə təhvil verməyənlər cərimələnəcək.

Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.  Bununla bağlı olaraq Məcəllənin 391-ci maddəsinə dəyişiklik təklif olunub. "Maddə 391-1: "Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi".

Fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlərin bir ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir".
Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səs verilərək qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.