Dietoloqlar ən zərərli şirniyyatı elan etdi – Qəti yeməyin

Moskva dietoloqları insan üçün ən zərərli şirniyyat və qənnadı məmulatının adlarını açıqlayıb. 

Həkimlər hesab edir ki, bir şirniyyatda şəkər və transyağ birləşibsə, ondan imtina etmək lazımdır. Bunlara marmelad, ponçiklər aiddir. 

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, transyağ qənnadı məmulatlarında marqarin adı altında istifadə olunur. 

Ponciklər, bişmələr, eləcə də içi cemli peraşkilər qaynayan dağ yağda bişirilir, bu yağ isə transyağdır. 
Eləcə də rəngi cəlbedici, əlvan, çox rəngli olan şirniyyatlardan uzaq durun. 

Rəngli kremli pirojnalar mədə və mədəaltı vəzi üçün zərərli bombadır. 

Xarici istehsal marmelad, rezin kimi dartılan əlvan rəngli konfetlər, jelebomlar kimyəvi qatılaşdırıcı maddə və dadlandırıcıdan boldur. Əsl marmeladı evdə aqar-aqardan hazırlaya bilərsiz. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.