Misirdə karantin vaxtı TOY ETDİLƏR: Bəy-gəlindən İLGİNC PLAN - Polis BASQIN ETDİ - VİDEO

Misirdə gəlinlə bəy koronavirusdan qorunmaq üçün toylarına ekskavatorda gəliblər.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, onların bu addımı sosial məsafənin saxlanılması məqsədi daşıyıb.
Qahirədə yerləşən Mansurə bölgəsində bir cütlük koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq toylarının keçirilməsinə qərar veriblər. Toylarına bütün əzizlərinin qatılmağını istəyən cütlük, xoşbəxt anlarını onlarla bölüşmək istəyiblər. Ancaq koronavirus infeksiyasına görə qonaqlardan kimdəsə COVİD-19 virusnun olma ehtimalını nəzərə alaraq toy məclislərinə ekskavatorla gəliblər. Ekskavatorun "kovş"unda yüksəklikdən qonaqlarla əl yelləyərək salamlaşan cütlük oradan düşməyiblər.
Rəsmi mənbələrdən verilən məlumata görə, bəy-gəlin inşaat sektorunda işləyən bir qohumundan ekskavator alaraq karantin olmasına rəğmən toyu gerçəkləşdiriblər. Toydan xəbər tutan polislər məclisə basqın ediblər. Toy yarımçıq saxlanılıb. Ekskovatorun sahibi polis bölməsinə aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре