Əkinə yararlı olan 2 200 hektar ərazi minalardan təmizlənib

Bu günə kimi Cəbrayıl, Füzuli və Ağdam bölgələrində əkin üçün yararlı olan 2 200 hektardan artıq ərazi mina və partlamamış döyüş sürsatlarından təmizlənib.

Day.Az-ın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib. Onun sözlərinə görə, Vətən müharibəsi bitdikdən sonra Ali Baş Komandanın göstərişinə, müdafiə nazirinin müvafiq əmrinə əsasən mühəndis qoşunarının hissə və bölmələri ərazilərin mina və partlamamış döyüş sürsatlarından təmizlənməsi, yeni yolların çəkilməsi, mövcud yolların bərpası, həmçinin ərazilərdə partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi kimi tapşırıqlar yerinə yetirib:

"Buna paralel olaraq digər qurumlarla əlaqə qarşılıqlı olaraq mühəndis bölmələrindən ayırlan istehkam qurupları ilə komunikasiya xətlərini keçdiyi yerlərdə mina və partlamamış döyüş sürsatlarının təmizlənməsi işləri yerinə yetirilib. Əlavə olaraq yolların çəkilməsi, həmin yollarda keçid yerlərinin hazırlanması, mövcud partladılmış körpülərin bərpası kimi mühəndis qoşunları tərəfindən tapşırıqlar yerinə yetirilir.

Bu günə kimi 135,5 km yolda bəpra işləri aparılıb, 80 km yeni yol yollar çəkilib. Bu yolların çəkilməsi zamanı ərazilərin təmizləyərkən 1453 tank əleyhinə, 5420 piyada əleyhinə, 17 min 500-dən artıq müxtəlif çaplı döyüş sürsatlar zərərsizləşdirilib".