https://news.day.az/azerinews/1356208.html Mayda Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

Mayda Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

Azərbaycanca, 26 июня 2021 11:07 (UTC +04:00) 691
Mayda Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

Bu ilin may ayında Türkiyəyə 18 819 Azərbaycan vətəndaşı səfər edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur.

Trend bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

May ayında Türkiyəyə gələn əcnəbilərin ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2,01 faiz təşkil edib.

Eyni zamanda yanvar-may aylarında 91609 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,46 faiz azdır.

Yanvar-may aylarında Türkiyəyə gələn əcnəbilərin ümumi sayındakı Azərbaycan vətəndaşlarının payı 2,49 faiz təşkil edib.

Nazirliyin məlumatına görə, may ayında Türkiyəni 936 282 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayına nisbətən 30 dəfə çoxdur.

Yanvar-may aylarında Türkiyəni 3,68 milyon turist ziyarət edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 14,27 faiz azdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости