Son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Trend-in məlumatına görə, bunu Daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Polisi Gününə həsr olunan tədbirdə deyib.

Nazir bildirib ki, cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb:

"Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır".