https://news.day.az/azerinews/1368275.html
Gəncədə oğlu tərəfindən bıçaqlanan qadın ölüb
Gəncədə oğlu tərəfindən bıçaqlanan qadın ölüb
![Gəncədə oğlu tərəfindən bıçaqlanan qadın ölüb](https://img.day.az/2021/08/08/800x550/knife_250919.jpg)
Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib.
Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре