https://news.day.az/azerinews/1371112.html
İranda koronavirusdan ölənlərin sayı 100 mini keçib
İranda koronavirusdan ölənlərin sayı 100 mini keçib
İranda ötən sutka ərzində 564 nəfər koronavirusdan (COVID-19) ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 100 255 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda ötən 24 saat ərzində 31 266 nəfər koronavirusa yoluxub və yoluxanların sayı 4 587 683 nəfərə çatıb. Virus daşıyıcılarından 7 538 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 30 rayon sarı zona hesab olunur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре