Bakıda valideynlər övladlarını məktəbə göndərməkdən imtina etdi
Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.
Day.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. Belə ki, əvvəlki illərdə həmin şagirdlər təhsil müəssisəsinə səhər növbəsində gediblər. Bu qərar valideynlərlə məsləhətləşmədən və xəbərdarlıq edilmədən qəbul olunub.
Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz bir növbəli olduğuna görə seçiblər. İndiki dəyişiklik isə işləyən valideynləri çətin vəziyyətə salıb. Onlar bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar.
Valideynlər bildiriblər ki, övladlarını birinci növbəyə qaytarılmayana qədər dərsə buraxılmayacaqlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре