https://news.day.az/azerinews/1416301.html
ŞOK: "Qalatasaray" PSJ-nin dünyaca məşhur futbolçusunu transfer edir – Fransa mediası
ŞOK: "Qalatasaray" PSJ-nin dünyaca məşhur futbolçusunu transfer edir – Fransa mediası

"Qalatasaray" qışda heyətinə məşhur futbolçu qata bilər.
Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Fransa mediasının məlumatına görə, İstanbul nəhəngi PSJ-nin qışda yollarını ayıracağı 29 yaşlı fransalı müdafiəçisi Leyvin Kurzavanı transfer etmək istəyir. Lakin futbolçu paytaxt klubundan getmək niyyətində deyil. Adı çəkilən oyunçunun Paris klubuyla 2024-cü ilə kimi müqaviləsi var.
Kurzava bu mövsüm PSJ-nin heyətində 1 maçta meydana çıxıb.
Qeyd edək ki, o, 2015-ci ildən PSJ-də top qovur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре