https://news.day.az/azerinews/1497097.html
Qeyri-neft-qaz sektorunda artım sürətlənib - Mikayıl Cabbarov
Qeyri-neft-qaz sektorunda artım sürətlənib - Mikayıl Cabbarov

Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.
Day.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. manat olub: "Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı", - M.Cabbarov deyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре