Bakıda keçmiş məhkum silahla yaxalandı

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Day.Az-а verilən məlumata görəz hadosə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.