Türkiyənin masada olmaması Prezident İlham Əliyev tərəfindən qəbuledilməzdir - Ömər Çelik

Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.
Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
"Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir. Fransa kimdir? Fransa ATƏT-in Minsk qrupu içərisində 30 il problemi həll etməyən ölkədir. O masada Fransa oturacaq, amma regionda sülh üçün töhfə verən Türkiyə olmayacaq. Təbii ki, bu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbuledilməzdir.
Qarabağ öz sahiblərinə qayıdıb. Bu gün Fransa diplomatiyası Ermənistanın işğalçı olduğunu dilə gətirmir. Bunu belə edə bilməyənlər guya orada sülh masası quracaqlar", - deyə Ö.Çelik əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре