https://news.day.az/azerinews/1632894.html
Seçicilərə bildirişlərin paylanması müddəti başa çatır
Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır. Day.Az Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır.
Seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır.
Day.Az Secki-2024.az-a istinadən xəbər verir ki, bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır.
Belə ki, səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər seçicilərə paylanmalıdır.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре